Səfir: “Qazaxıstanla da üçtərəfli formatda əməkdaşlığın tәşkil olunması üçün iş gedir”

Səfir: “Qazaxıstanla da üçtərəfli formatda əməkdaşlığın tәşkil olunması üçün iş gedir”
# 06 mart 2015 13:51 (UTC +04:00)

APA-nın mәlumatına görә, bunu Türkiyәnin Azәrbaycandakı sәfiri İsmayıl Alper Coşkun deyib.

Səfir xatırladıb ki, bu format çərçivəsində artıq Türkmәnistan, Gürcüstan vә İranla əməkdaşlıq aparılır vә üçtərəfli formatın bölgәdәki digәr ölkәlәrlә dә tәşkil olunması planlaşdırılır: “Burada mәqsәd birdәn artıq ölkә ilә әmәkdaşlıq quraraq әmәkdaşlıq potensialını artırmaqdır. Bu әlaqәlәr dövlәt başçıları, xarici işlәr, müdafiә, iqtisadiyyat nazirlәri sәviyyәsindә aparılır. Bu tip әmәkdaşlığa Türkiyә vә Azәrbaycan çox önәm verir vә bu platformaların tәk bu üç ölkәyə deyil, bütün bölgәyә töhfә verәcәyinә inanırıq”.

İ. A. Coşkun Qazaxıstanla da bu formatda əməkdaşlığın tәşkil olunmasının planlaşdırıldığını, bu sahәdә iş getdiyini vә güclü iradә olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR