Dağıstanda yerli silahlı qruplaşmanın lideri məhv edilib

Dağıstanda yerli silahlı qruplaşmanın lideri məhv edilib
# 25 avqust 2015 04:38 (UTC +04:00)

Bakı-APA. Dağıstanın Xasavyurt rayonunda atışma zamanı yerli silahlı qruplaşmanın lideri məhv edilib. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə respublikanın hüquq-mühafizə orqanlarından bildirilib.

“Əməliyyat-axtarış tədbirləri keçirilən zaman silahlı şəxs asayiş keşikçilərinə atəş açaraq, ərazidən uzaqlaşmağa cəhd edib. Cavab atəşi ilə o məhv edilib”, deyə mənbə bildirib.

İlkin məlumata görə, öldürülən şəxs Xasavyurt silahlı qruplaşmasının başçısı İslam Muradovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR