Ermənilər Milanda Xocalı soyqırımına həsr olunmuş sərgi və “Xocalıdakı qırmızı mələk” tamaşasının premyerası ilə bağlı təxribata əl atıblar

Ermənilər Milanda Xocalı soyqırımına həsr olunmuş sərgi və “Xocalıdakı qırmızı mələk” tamaşasının premyerası ilə bağlı təxribata əl atıblar
# 25 fevral 2015 14:06 (UTC +04:00)

Milan. Səbuhi Məmmədli - APA. İtalyanın Milan şəhərində Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə keçirilmiş sərgi və “Xocalıdakı qırmızı mələk” tamaşasının premyerası ilə bağlı bu şəhərdəki erməni diasporu təxribat törədib.

"APA-Holdinq"in Milana ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, ermənilərin tamaşanın premyerası öncəsi təşkil etmək istədikləri təxribat baş tutmayıb. Onlar tamaşanın və sərginin keçirilməsinə mane ola bilməyiblər.

Lakin tamaşadan sonra Milanın mərkəzi meydanında və əhalinin gur olduğu yerlərdə ermənilər təxribat xarakterli vərəqələr yaymağa başlayıblar.

Bu vərəqlərdə Azərbaycanı “tarixi saxtalaşdırmaq”da ittiham edən ermənilər Xocalı soyqırımı və Dağlıq Qarabağla bağlı tarixi faktları saxtalaşdırıblar. Onlar bir qədər də uzağa gedərək, “Cəhənnəmdə böyük çığırtı” kitabında danışmış girov şahidlərin və “Xocalıdakı qırmızı mələk” tamaşasındakı personajların da “saxta” olduğunu iddia ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Milan şəhərində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş sərgi və “APA Holdinq”ə daxil olan Lent.az agentliyində yayımlanan, Vüsalə Məmmədovanın müəllifi, Qabil Abbasoğlunun redaktoru olduğu “Əsir düşərgəsi” layihəsi əsasında hazırlanmış tamaşanın premyerası olub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR