Yunanıstan sahillərində miqrantları daşıyan qayıqlar batıb, azı 5 uşaq ölüb

Yunanıstan sahillərində miqrantları daşıyan qayıqlar batıb, azı 5 uşaq ölüb
# 29 oktyabr 2015 02:08 (UTC +04:00)

Bakı-APA. Yunanıstan sahilləri yaxınlığında miqrantları daşıyan dörd qayığın batması nəticəsində 5-i uşaq olmaqla 7 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, 200 nəfərdən çox miqrantı xilas etmək mümkün olub.

Suda qalan insanların dəqiq sayı məlum deyil. Hadisə yerində xilasedici əməliyyat davam edir.

Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə, 2015-ci ilin əvvəlindən Avropaya dəniz yolu ilə 704 227 nəfər gəlib. Onlardan 3 257-si Aralıq dənizində batıb və ya itkin düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR