Ziya Məmmədov Qubada vətəndaşları qəbul edib - FOTO

Ziya Məmmədov Qubada vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 12 aprel 2013 12:32 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Bu gün Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Qubada vətəndaşları qəbul edib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, nazir Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarında yaşayan vətəndaşların problemlərini dinləyib.

Görüşdə “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov, Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev də iştirak edib. Vətəndaşlar əsasən kənd yollarının yenidən qurulması, magistral yolların çəkilişi zamanı pay torpaqlarının yol layihələrinə düşərkən kompensasiyaların ödənilməsi və bəzi hallarda işə qəbulla bağlı müraciətlər ediblər.

Ziya Məmmədov bu tip görüşlərin prezident İlham Əliyevin tapşırığı ilə keçirildiyi bildirib. Onun sözlərinə görə, bəzi hallarda vətəndaşlar paytaxta gələrək problemlərini çatdıra bilmirlər. Nazir bu kimi görüşlərin keçirilməsini müsbət hal kimi qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR