Sabir Rüstəmxanlının oğlu “Azəryol” voleybol klubunun prezidenti vəzifəsini icra edəcək

Sabir Rüstəmxanlının oğlu “Azəryol” voleybol klubunun prezidenti vəzifəsini icra edəcək
# 29 sentyabr 2015 15:45 (UTC +04:00)

O, bu postda “Azəryolservis” ASC-nin sabiq, “Azərbaycan Dəmir Yolları” QSC-nin hazırkı sədri Cavid Qurbanovu əvəzləyib.

Komandada “Azərreyl”lə ad dəyişikliyi olduğundan icraçı-direktor Zöhrab Gözəlbəyli də “dəmiryolçular”ın düşərgəsinə keçib. O, burada da eyni vəzifəni tutacaq. “Azəryol”da isə Gözəlbəylinin işini Yusif Atakişiyev icra edəcək.

“Azərreyl”in prezidentinin adına isə bu günlərdə aydınlıq gələcək.

Yeri gəlmişkən, Cəmil Rüstəmxanlı xalq şairi Sabir Rüstəmxanlının oğludu. O, “Azəryolservis” ASC-də sədr müavinidi.

Qeyd edək ki, “Azərreyl”i yeni mövsümdə Bülənt Karslıoğlunun, “Azəryol”u isə Aleksandr Çervyakovun çalışdıracağı məlum idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR