Prezidenti İlham Əliyev Mərakeş kralını təbrik edib

Prezidenti İlham Əliyev Mərakeş kralını təbrik edib
# 26 iyul 2014 15:23 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Mərakeş kralı Əlahəzrət VI Məhəmmədi ölkənin milli bayramı - Taxt-tac günü münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə iki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin ortaq mənəvi dəyərləri bölüşən xalqların iradəsinə uyğun olaraq daim möhkəmlənəcək və inkişaf edəcəyinə əminlik ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR