Azərbaycan gömrükçüləri ölkəyə heroin keçirilməsinin qarşısını alıb

Azərbaycan gömrükçüləri ölkəyə heroin keçirilməsinin qarşısını alıb
# 28 aprel 2015 12:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşları ölkəyə narkotik vasitənin keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Əfqan Hüseynovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə, xalis çəkisi 0,740 qram olan heroin aşkar olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR