Ucarın Çiyni kəndinə ilk dəfə təbii qaz verilib

Ucarın Çiyni kəndinə ilk dəfə təbii qaz verilib
# 16 mart 2013 13:53 (UTC +04:00)

Ucar. Elvin Yaqubov-APA. Ucarın Çiyni kəndinə ilk dəfə təbii qaz verilib. APA-nın məlumatına görə, martın 16-da keçirilən qaz açılışı mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov, kənd ağsaqqalı Ağamirzə Əhədov yerli sakinləri ilk dəfə təbii qazdan istifadəyə başlamaları münasibətilə təbrik ediblər. Kəndin qazlaşdırılması üçün polietilen borularla 25 min poqonmetr uzunluğunda müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətti çəkilib, 155 mənzilə fərdi tənzimləyici və sayğac quraşdırılib. Hazırda isə rayonun Qazyan və Qarabörk kəndlərinin qazlaşdırılması üçün işlər görülür. Yaxın vaxtlarda Qazyanda 1242 və Qarabörkdə 1000 abonentə mavi yanacağın verilməsi nəzərdə tutulur. Bu günədək Ucar şəhərində və 8 kənddə mənzillər qazlaşdırılib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR