Əli Hüseynli: “ATƏT-in Bakı ofisinin indiki statusu Azərbaycanın inkişaf səviyyəsinə uyğun deyil”

Əli Hüseynli: “ATƏT-in Bakı ofisinin indiki statusu Azərbaycanın inkişaf səviyyəsinə uyğun deyil”
# 06 aprel 2013 13:56 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

Komitə sədri qeyd edib ki, Azərbaycan artıq sosial-iqtisadi inkişaf səviyyəsinə görə ATƏT ilə bu səviyyədə əməkdaşlıq etməli deyil: “Yəni ATƏT-in Bakı ofisinin indiki statusu Azərbaycanın inkişaf səviyyəsinə uyğun deyil. Ona görə də bununla bağlı bir dialoq oldu və bizim də öz mövqeyimiz var. Hesab edirəm ən azından tərəflər başa düşməlidirlər ki, Azərbaycan, məsələn, beynəlxalq iqtisadi forumun keçirildiyi bir dövlətdir, ilk Avropa oyunlarının keçirildiyi bir ölkədir. Bütün bunlar isə artıq tam təhlükəsizlik və sosial inkişaf deməkdir. Eyni zamanda biz çoxlu sayda ictimai, siyasi və qlobal məsələlərə ev sahibliyi edirik və s. Yəni Azərbaycan dövlətinin hazırkı statusu artıq kifayət qədər yüksək səviyyədədir və ATƏT də Bakı ofisinin statusunu buna görə müəyyənləşdirməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR