“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçiriləcək - FOTO

“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçiriləcək - <span style="color: red;">FOTO
# 02 iyun 2015 07:07 (UTC +04:00)

Bakı – APA. İyunun 6-da IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçiriləcək.

Birlikdən APA-ya verilən məlumata görə, “Uşaqlar üçün laboratoriya”nın iyun təlimi “yaşıl şəhər”, tullantılar və onların təkrar istifadəsi mövzusuna həsr olunacaq. Təlim zamanı uşaqlara avtomobillərdən istifadənin ətraf mühitə vurduğu zərərlər, velosipedlə və piyada gəzintinin həm insan orqanizminə həm də təbiətə müsbət təsirləri haqqında məlumatlar çatdırılacaq, həmçinin tullantıların azaldılması və təkrar istifadəsi yolları izah ediləcək.

Bundan əlavə, gənc təbiətsevərlər bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak edəcəklər. “Eko laboratoriya”nın iştirakçıları təlimçilərin köməyilə tullantıdan incəsənət nümunələri də hazırlayacaqlar.

İyun laboratoriyası uşaqlara ətraf mühitin mühafizəsi istiqamətində əsas amillərindən hesab olunan tullantıların azaldılması və təkrar istifadəsi ilə bağlı biliklər qazandırmaqla yanaşı, həm də onlarda kiçik yaşlarından “davamlı şəhər” ilə bağlı təsəvvür yaratmaq baxımından faydalı olacaq.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR