Bu il «Azərbaycanda evlərə optika» layihəsinə başlanacaq

Bu il «Azərbaycanda evlərə optika» layihəsinə başlanacaq
# 05 fevral 2013 13:48 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanda dövlət başçısı tərəfindən elan edilmiş «İKT ili» çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu tərəfindən bu il «Azərbaycanda evlərə optika» layihəsinin icrasına başlanacaq. «APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, bu layihə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulmasını nəzərdə tutur. Artıq bu il layihənin icrasına 103,6 mln. manat həcmində vəsaitin xərclənməsi planlaşdırılır. Layihə üç il müddətində həyata keçiriləcək və yüksək rentabellidir - 2014-cü ildən başlayaraq ümumi dəyərin 30-35%-i təkrar investisiya hesabına ödəniləcək.

«Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, ölkə ərazisini 10-100 Mbit/saniyə sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını təxminən 85%-ə çatdırmaqdır ki, bu da bizə 2017-ci ildə inkişaf etmiş ölkələrlə bir səviyyədə olmağa imkan verəcək», - deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR