6 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirilib - FOTO

6 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirilib - <span style="color: red;">FOTO
# 29 mart 2013 14:39 (UTC +04:00)

Bakı-APA. ATƏT-in Bakı ofisinin dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “Saxlama yerlərinin monitorinqi - 2013” layihəsi çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinə baxış - monitorinq və təlim həyata keçirilib. Fonddan APA-ya verilən məlumata görə, monitorinq zamanı müəssisənin bütün obyektlərinə, o cümlədən müəssisənin yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, dini ibadət otağına baxış keçirilib.

Monitorinq çərçivəsində bir neçə məhkumla konfidensial görüş keçirilib. Məhkumlar tərəfindən pis rəftar və işgəncə halları ilə bağlı heç bir şikayət daxil olmayıb.

Eyni zamanda müəssisədə məhkumlar üçün “Məhkumların müraciət və şikayət etmə hüququ” mövzusunda təlim keçirilib. Təlimdə 53 nəfər məhkum iştirak edib. Təqdimatla çıxış edən Əliməmməd Nuriyev iştirakçılara milli qanunvericilik və beynəlxalq sənədlərdə nəzərdə tutulan müraciət və şikayətlərin edilməsi, onların yoxlanılması və baxılması ilə əlaqədar ətraflı məlumat verdikdən sonra müzakirələr aparılıb, məhkumların bir çox sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR