Tiflisdə “Maestro” televiziyasının studiyasında parlament deputatları dalaşıblar

Tiflisdə “Maestro” televiziyasının studiyasında parlament deputatları dalaşıblar
# 13 fevral 2013 22:44 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanda fəaliyyət göstərən “Maestro” televiziya şirkətinin “Arqumentlər” verilişinin gedişi zamanı parlament çoxluğunun nümayəndəsi olan deputat Koba Davitaşvili və azlıq deputatı Serqo Ratiani dalaşıblar. APA-nın Gürcüstan bürosunun məlumatına görə, insident Davitaşvilinin Ratianini sözlə təhqir etməsindən başlayıb. Davitaşvili deputat Ratianini qatil adlandırdıqdan sonra etiraz əlaməti olaraq Ratiani stəkanı sındırıb və verilişi tərk etmək istəyib, bu zaman ayağa qalxıb Ratiani tərəfə gələn Koba Davitaşvili ilə əlbəyaxa dava baş verib.

Məlumata görə, hər iki deputatı Maestro” televiziya şirkətinin təhlükəsizlik xidməti studiyadan kənarlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR