Baş katib: Ermənistan KTMT-nin tamhüquqlu üzvü olmaqda davam edir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi İmanqali Tasmaqambetov

© APA | Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi İmanqali Tasmaqambetov

# 03 iyun 2024 13:41 (UTC +04:00)

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tamhüquqlu üzvü olmaqda davam edir”.

APA-nın xəbərinə görə, bunu qurumun Baş katibi İmanqali Tasmaqambetov qurumun Qazaxıstanda keçirilən Parlament Assambleyası Şurasının toplantısında bildirib.

O deyib ki, bu faktor KTMT-nin gələcək birgə fəaliyyətinin planlaşdırılması üçün son dərəcə vacibdir.

Bununla belə Tasmaqambetov vurğulayıb ki, rəsmi İrəvan son bir ildə qurum daxilindəki fəaliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

“İnanırıq ki, Ermənistanın siyasi rəhbərliyi KTMT ilə münasibətlərin perspektivlərinə aydınlıq gətirəcək. Bu, digər üzvlərimiz üçün də faydalıdır. Ermənistan tərəfi qurumdakı fəaliyyətini məhdudlaşdırsa da, əsas mexanizmlər hələ də işləkdir. Bu ölkə KTMT-nin tamhüquqlu üzvüdür və buna görə də bütün öhdəlikləri hələ də tam həcmdə qüvvəsindədir”, – Baş katib qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR