Kazan hava limanında uçuşlar məhdudlaşdırılıb

Kazan hava limanında uçuşlar məhdudlaşdırılıb
# 03 iyun 2024 13:28 (UTC +04:00)

Kazan hava limanında uçuşlar müvəqqəti məhdudlaşdırılıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi - Rosaviasiya məlumat yayıb

Bildirilib ki, Kazan hava limanında təhlükəsizliyi təmin etmək üçün müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Hazırda aeroport uçuşları qəbul etmir və göndərmir.

Kazan hava limanına uçan reyslər alternativ aerodromlara - Ulyanovsk, Samara, Çeboksarı, Ufa və Moskvadakı (Vnukovo) hava limanlarına yönləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR