Cəzaçəkmə müəssisəsinin dələduzluqda təqsirləndirilən sabiq rəisinin şikayəti təmin olunmayıb

Cəzaçəkmə müəssisəsinin dələduzluqda təqsirləndirilən sabiq rəisinin şikayəti təmin olunmayıb
# 26 aprel 2013 09:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Şirvan Apellyasiya Məhkəməsində dələduzluqda ittiham olunan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Salyanda yerləşən 5 saylı Cəzaçəkmə Müəssisəsinin sabiq rəisi Faiq Güləliyevin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

İttihama görə, Faiq Güləliyev adıçəkilən müəssisənin rəisi vəzifəsində işlədiyi müddətdə Mail Əliyevin oğlunu işə düzəltmək adı ilə ondan 15 min manat, Afət İsmayılovun oğlunu işə düzəltmək adı ilə 6 min, Xalidə Zeynalovanın oğlunu işə düzəltmək adı ilə ondan 6 min, Fizuli Hacıyevin kürəkənini işə düzəltmək adı ilə ondan 25 min, Mətləb Əsgərovun oğlunu işə düzəltmək adı ilə ondan 15 min, Kamal Xanəliyevi işə düzəltmək adı ilə ondan 6 min, Şirxan Salmanovun oğlunu işə düzəltmək adı ilə ondan 6 min və İsaq Abdullayevdən 12 min manat alaraq dələduzluq edib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Faiq Güləliyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR