Azərbaycanda regional təhsil idarələrinin yaradılması təxirə salınıb

Azərbaycanda regional təhsil idarələrinin yaradılması təxirə salınıb
# 16 oktyabr 2014 11:00 (UTC +04:00)

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Milli Məclisə təqdim olunan gələn ilin dövlət büdcəsində müvafiq vəsait nəzərdə tutulmadığı üçün 2015-ci ilin yanvarın 1-dən nəzərdə tutulan regional təhsil idarələrinin islahatı prosesi-yaradılması təxirə salınıb.

Onun sözlərinə görə, növbəti ildə də rayon təhsil şöbələri bu il tətbiq edilən sistem şəklində çalışacaq: “Bakı Şəhəri üzrə Təhsil İdarəsində struktur islahatlar davam etdiriləcək. Yerlərdə təhsil şöbələrinin tabeliyində olan məktəblərdə isə Təhsil Nazirliyinin səlahiyyətində olan bütün fəaliyyətlər indi də həyata keçirdiyimiz şəkildə davam etdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR