“Təbrizin sehrli nağılları” kitabının təqdimatı keçirilib - FOTO - VİDEO

“Təbrizin sehrli nağılları” kitabının təqdimatı keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 05 dekabr 2014 15:28 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bu gün “Təbrizin sehrli nağılları” kitabının təqdimatı olub.

APA-nın məlumatına görə, tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev və başqaları iştirak edib.


Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev bildirib ki, “Təbrizin sehrli nağılları” kitabı Azərbaycan tarixi və mədəniyyətini dünyada tanıtdırmaq baxımından atılan növbəti addımlardan biridir: "Azərbaycan abidələrinin beynəlxalq miqyasda tanıdılması məqsədilə 2013-cü ildə “İrs” silsiləsi çərçivəsində yeni layihəyə imza atılıb. Layihənin iki kitabı “Qədim qalanın yuxuları” və “Qobustan - minilliklər kitabı” adlı nəşrlər artıq işıq üzü görüb. Kitablar UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş Bakının qədim hissəsi - “İçərişəhər” və Azərbaycanın qayaüstü incəsənətinə həsr edilib.


“Təbrizin sehrli nağılları” kitabı “Paşa Həyat Sığorta” ASC və BP şirkətinin dəstəyi ilə nəşr olunub.


Tədbirdə çıxış edən BP şirkətinin regional direktoru Qordon Birrel Azərbaycanın tarixi irsini təbliğ edən layihələrdə iştirak etməkdən məmnun olduğunu diqqətə çatdırıb.


“Paşa Həyat Sığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini Niyaz İsmayılov, “İrs” jurnalının baş redaktoru Musa Mərcanlı kitab haqqında fikirlərini bildiriblər.


Mərasim muğam ifaçılarının konserti ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR