“Dekabank” nizamnamə kapitalını artırır

“Dekabank” nizamnamə kapitalını artırır
# 20 oktyabr 2014 11:31 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bakı Fond Birjasında (BFB) “Dekabank” ASC-nin adi sənədsiz adlı səhmlərinin yerləşdirilməsinə başlanılır.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 100 manat, sayı 47 970 ədəd, emissiyanın ümumi həcmi isə 52,767 mln. manat təşkil edir.

Səhmlər "Dekabank" ASC-nin hər birinin nominal dəyəri 500 manat olan 47 970 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.

Konvertasiya başa çatdıqdan sonra, bankın nizamnamə kapitalı 2,2 dəfə artaraq 52,767 mln. manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR