Azərbaycan qazı Ukraynaya «svop» sxemi ilə sata bilər

Azərbaycan qazı Ukraynaya «svop» sxemi ilə sata bilər
# 05 aprel 2013 14:47 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Bu sxemə əsasən, Azərbaycan öz qazının müəyyən hissəsini Avropa dövlətlərinin birində Rusiya tərəfinə verir, əvəzində Rusiya həmin həcmdə qazı Ukraynaya ötürür. N.Əliyev hazırda bununla bağlı müzakirələrin getdiyinə görə, bu sxemin nə vaxt işə düşəcəyini dəqiq bildirməyib.

Onun sözlərinə görə, Azərbaycan qazının Ukraynaya «svop» üsulu ilə çatdırılması üçün müxtəlif məsələlər həll edilməlidir: «Bunun texnoloji və kommersiya şərtləri həll edilməlidir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR