Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri davam edir - FOTOSESSİYA

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri davam edir - <span style="color: red;">FOTOSESSİYA
# 20 sentyabr 2014 17:28 (UTC +04:00)

Bakı-APA. Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri bu gün də davam edib. APA-nın Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanları yerinə yetirilib.

Aviasiya vasitələrinin iştirakı ilə keçirilən birgə təlimlərin növbəti mərhələsi sentyabrın 22-dən başlayaraq oktyabrın 3-dək davam edəcək.

Qeyd edək ki, təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitələri, o cümlədən, MiQ-29, F-16 qırıcı, Su-25 hücum və C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-24, AH-1W Super Cobra döyüş və Mi-17, Sikorski UH-60 döyüş-nəqliyyat helikopterləri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR