Bakı-Quba yolunda maşın aşıb, xəsarət alan var - FOTO - VİDEO

Bakı-Quba yolunda maşın aşıb, xəsarət alan var - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 10 oktyabr 2014 09:01 (UTC +04:00)

Siyəzən. Vəli Turan - APA. Bu gün Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 114-cü km-də, Siyəzən rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Tərtər rayon sakini Ağalarov Niyaməddin Mürşid oğlunun idarə etdiyi “Hyundai” markalı avtomaşın Xaçmaz rayonu istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Qeyd edək ki, qəza zamanı sürücü maşında tək olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR