Dövlət Komitəsi Ağdamda yürüş-tədbir keçirəcək

Dövlət Komitəsi Ağdamda yürüş-tədbir keçirəcək
# 21 fevral 2013 11:19 (UTC +04:00)

Bakı-APA. “Qarabağa doğru – Haqqın və haqqımızın səsi ilə” adlı layihəyə start verilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihə Komitənin təşəbbüsü, “Xocalıya Ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası, o cümlədən “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilir.

Layihə çərçivəsində fevralın 22-də Ağdamda, təmas xəttinin yaxınlığında yürüş-tədbir keçiriləcək. Tədbirdə vaxtilə Ağdam “Cümə” məscidindən verilmiş tarixi azanın yenidən səsləndirilməsi nəzərdə tutulub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR