Bakıda növbəti beynəlxalq təhsil sərgisi keçirilir

Bakıda növbəti beynəlxalq təhsil sərgisi keçirilir
# 28 fevral 2013 15:03 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Bakıda növbəti beynəlxalq təhsil sərgisi keçirilir. APA-nın xəbərinə görə, sərgidə Böyük Britaniya, Almaniya, ABŞ, Avstraliya, İspaniya, İsveçrə, Kipr, Malaziya və digər ölkələrin təhsil müəssisələri nümayiş olunur.

Təhsil sərgisi çərçivəsində vətəndaşlar xarici universitetlərə necə daxil olmaq, hansı ölkədə təhsilin daha yaxşı olması, tələbələr üçün nəzərdə tutulan güzəştlər və digər xidmətlər barədə ətraflı məlumat əldə edirlər.

Qeyd edək ki, saat 16:00-da “Hilton” hotelində işinə başlayan beynəlxalq təhsil sərgisi saat 20:00-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR