Gədəbəydə 5 otaqlı ev yanıb

Gədəbəydə 5 otaqlı ev yanıb
# 05 iyun 2016 02:59 (UTC +04:00)

Bakı-APA. Gədəbəydə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Zəhmət kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsində 1 otağın və evin çardağının yanar konstruksiyası 136 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR