Elmar Məmmədyarov Qazaxıstan səfirini qəbul edib

Elmar Məmmədyarov Qazaxıstan səfirini qəbul edib
# 18 fevral 2013 14:26 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstan səfiri Serik Primbetovu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov Qazaxıstan səfirinin fəaliyyətini və Azərbaycan-Qazaxıstan münasibətlərinin genişlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirib. O, S. Primbetova gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir Azərbaycandan xoş təəssüratlarla ayrıldığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR