Cəlilabadın daha 3 yaşayış məntəqəsi qazlaşdırılıb - FOTOSESSİYA

Cəlilabadın daha 3 yaşayış məntəqəsi qazlaşdırılıb - <span style="color: red;">FOTOSESSİYA
# 27 may 2015 05:56 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. 23 illik fasilədən sonra Cəlilabad rayonunun Hasıllı, Hacıismayıllı və Seyidbazar kəndlərinə təbii qazın verilişi bərpa olunub. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov açılış mərasimlərində rayonda qazlaşdırma işlərinin xeyli sürətləndiyini, yaxın zamanlarda bütün yaşayış məntəqələrinin təbii qazla təmin ediləcəyini bildirib.

“Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi İbrahim Kərbəlayev sakinləri təbrik edərək, təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasını onlara tövsiyə edib.

Bildirilib ki, 188 abonenti olan Seyidbazar kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 16 min 126 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 188 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

83 abonenti olan Hasıllı kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 5 min 190 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 83 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

70 abonenti olan Hacıismayıllı kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 4 min 331 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 70 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR