Bank Of Baku

Nardaranda silah-sursat tapılıb

Nardaranda silah-sursat tapılıb
# 03 may 2018 10:08 (UTC +04:00)

Nardaranda silah-sursat tapılıb.

                

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. 

 

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nardaran qəsəbəsindəki qəbiristanlıqdan 1 ədəd nömrəsi silinmiş ov tüfəngi, 1 ədəd patron darağı (AK-74 silahına aid), 1 ədəd “F-1” markalı qumbara, 4 ədəd bıçaq və 312 ədəd patron tapılıb.

 

Aparılmış profilaktiki tədbirlər nəticəsində Şirvan şəhər sakini Taleh Məmmədov “İJ” markalı pnevmatik tüfəngi könüllü olaraq Şəhər Polis Şöbəsinə təhvil verib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR