İŞİD Suriyanın Mahin şəhərini işğal edib

İŞİD Suriyanın Mahin şəhərini işğal edib
# 01 noyabr 2015 15:04 (UTC +04:00)

Bakı - APA. İŞİD silahlıları Suriyanın cənub-qərbində yerləşən Mahin şəhərini işğal ediblər.

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyi məlumat yayıb.

“İŞİD terror qruplaşmasının hərbçiləri Suriyanın Homs əyalətində yerləşən Mahin şəhərini işğal ediblər”, - deyə Suriya İnsan Haqlarını Müdafiə Mərkəzinin məlumatında deyilir.

Qeyd edək ki, hazırda İŞİD silahlıları İraqın 40%, Suriyanın isə təxminən 50%-nə nəzarət edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR