Bank Of Baku

Ukrayna Rusiyanın raketlər üçün komponentlər istehsal edən zavodunu vurub

Ukrayna Rusiyanın raketlər üçün komponentlər istehsal edən zavodunu vurub
# 07 noyabr 2026 12:16 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Oryol şəhərində yerləşən “Proton-Elektrotex” zavoduna “Neptun” raketləri ilə zərbə endirib.

APA xəbər verir ki, Ukrayna Baş Qərargahının bu gün yaydığı məlumata görə, hədəfə birbaşa zərbə qeydə alınıb və bundan sonra müəssisənin ərazisində yanğın başlayıb.

Baş Qərargahın məlumatında bildirilir ki, “Proton-Elektrotex” Rusiyanın optoelektron avadanlıq istehsal edən müəssisələrindən biridir. Ukrayna tərəfinin iddiasına görə, zavod “İskəndər-M” ballistik raket kompleksi və X-71 “Kover” qanadlı aviasiya raketləri üçün komponentlər istehsal edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR