«Azersun Holding» və UNICEF birgə sosial layihəyə başlayıb - FOTO

«Azersun Holding» və UNICEF birgə sosial layihəyə başlayıb - <span style="color: red;">FOTO
# 10 aprel 2013 12:27 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanın ən böyük qida istehsalçısı olan «Azersun Holding» ilə UNICEF təşkilatı arasında imzalanmış memorandum əsasında nəzərdə tutulan sosial layihəyə start verilib.

«APA-Economics»in məlumatına görə, bu münasibətlə «Park Bulvar» alış-veriş mərkəzində fəaliyyət göstərən «Bazarstore»da məhsulun satışa çıxarılması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard layihənin əhəmiyyətindən bəhs edərək «Azersun Holding»in həyata keçirdiyi sosial layihələri yüksək qiymətləndirib. Holdinqin departament müdiri Afiq Səfərov isə «Azersun Holding»in istehsalı olan «Sun» markası ilə yanaşı digər markaların da korporativ sosial layihələr həyata keçirdiyini bildirib.

UNICEF-lə birgə həyata keçirilən layihənin məqsədi uşaqlarda əlilliyin erkən aşkarlanması və həmçinin uşaqlıq dövrünə xas olan əlillik hallarının azalması və qarşısının alınmasıdır. Bu məqsədlə holdinqin istehsalı olan «Sun paper» markası UNICEF-in müvafiq proqramına 25 min manat vəsait köçürüb. Layihə çərçivəsində maarifləndirici fəaliyyətlər «Bazarstore»un bütün satış məntəqələrində həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR