Rabitə və informasiya texnologiyaları naziri ilə növbəti regional görüş Gəncədə keçiriləcək

Rabitə və informasiya texnologiyaları naziri ilə növbəti regional görüş Gəncədə keçiriləcək
# 28 mart 2013 10:55 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun aprel ayının 19-da Gəncə iqtisadi rayonu üzrə (Gəncə, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Daşkəsən, Şəmkir, Goranboy) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 saylı «Qaynar xətt», 598-38-18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Gəncə Telekommunikasiya Qovşağında keçiriləcək qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR