Bank Of Baku

Qaxda avtomobil qaçıran yeniyetmə saxlanılıb

Qaxda avtomobil qaçıran yeniyetmə saxlanılıb
# 07 may 2019 09:49 (UTC +04:00)

Qaxda həmyerlisinin avtomobilini  qaçıran yeniyetmə saxlanılıb.

DİN mətbuat xidmətinin Şəki regional qrupundan ONA-nın şimal-qərb bürosuna verilən məlumata görə,  Qax şəhər sakini  İlham Qasımov DİN-in “ 102”  Zəng Mərkəzi  xidməti ilə əlaqə saxlayaraq  mayın 4-dən 5-nə keçən gecə  ona məxsus  “ VAZ  2106” markalı avtomobilin evinin qarşısından  qaçırılması barədə məlumat verib.   Məlumat aidiyyatı üzrə Qax Rayon Polis Şöbəsinə göndərilib.

Daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Qasımova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Qax şəhər sakini bir yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR