BQXK nümayəndələri Ermənistanda girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev ilə görüş keçirəcəklər

BQXK nümayəndələri Ermənistanda girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev ilə görüş keçirəcəklər
# 28 avqust 2014 08:19 (UTC +04:00)

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, qurum öz mandatına uyğun olaraq girovlarla görüş keçirməyi planlaşdırır.

Görüşün tarixi barədə məlumat verməyən İ.Hüseynova bildirib ki, qaydalara uyğun olaraq bu barədə yalnız görüş baş tutduqdan sonra məlumat veriləcək: “Görüşdən sonra təfsilatı ilə bağlı geniş məlumat verəcəyik. Görüş zamanı girovlar ailələrinə məktub da yaza bilərlər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR