İranda baş vermiş zəlzələ nəticəsində ən azı 30 nəfər ölüb, 800 nəfərdən çox adam xəsarət alıb

İranda baş vermiş zəlzələ nəticəsində ən azı 30 nəfər ölüb, 800 nəfərdən çox adam xəsarət alıb
# 09 aprel 2013 18:17 (UTC +04:00)

Bakı-APA. İranın Buşəhr 6,3 bal gücündə baş vermiş zəlzələ nəticəsində 30 nəfərdən çox adam ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, zəlzələ nəticəsində ən azı 800 nəfər xəsarət alıb. İranın IRNA rəsmi informasiya agentliyinin xəbərinə görə, təbii fəlakət nəticəsində Kaki, Hormuc və Kenqan şəhərləri tamamilə dağıdılıb.

Hadisə yerinə İranın qonşu vilayətlərdən xilasetmə qüvvələri cəlb olunub.

Zəlzələni episentri Buşəhr Atom Elektrik Stansiyasının 90 kilometrliyinə təsadüf edib və 10 km dərində olub. Yeraltı təkanlar Fars körfəzinin bir neçə ölkələrində hiss olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR