Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının İllik Toplantısında Azərbaycanla bağlı təqdimat olub

Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının İllik Toplantısında Azərbaycanla bağlı təqdimat olub
# 04 may 2015 09:36 (UTC +04:00)

APA-nın məlumatına görə, səhnədə Azərbaycan əraziləri, tarix, mədəniyyət və ədəbiyyat nümunələrinin təsvirləri işıqlandırılıb, ifa olunan mahnı və milli rəqslərin müşayiəti ilə ingilis dilində Azərbaycan tarixi, mədəniyyəti və milli adət-ənənələr, o cümlədən Bakı və ölkəmizdə neftçıxarmanın tarixi, Azərbaycan neftinin Böyük Vətən Müharibəsində oynadığı rol barədə məlumat verilib.

Təqdimatda Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik ölkə olduğu, qadınların seçmək və seçilmək hüquqlarının tanındığı, XI Qızıl Ordunun işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyulduğu qeyd edilib. Nəzərə çatdırılıb ki, bu gün Azərbaycan sürətlə inkişaf edir, ölkədə mühüm beynəlxalq tədbirlər, o cümlədən idman yarışları keçirilir və gələn ay Azərbaycanda ilk Avropa İdman Oyunları keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR