Ötən ay Azərbaycan ərazisində 652 partlamamış hərbi sursat və 9 mina zərərsizləşdirilib

Ötən ay Azərbaycan ərazisində 652 partlamamış hərbi sursat və 9 mina zərərsizləşdirilib
# 07 noyabr 2012 08:12 (UTC +04:00)
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 652 PHS, 3 ədəd piyada və 6 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 484 minaaxtaran mütəxəssis, 118 nəfərlik yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 207,194,930 kvadrat metr ərazi təmizlənib, 674,759 ədəd mina və PHS- tapılıb zərərsizləşdirilib.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Gədəbəy, Goygol, Goranboy, Tərtər, Şəmkir və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Ötən ay ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR