«Dəmirbank»da əhalinin əmanətləri 32% artıb

«Dəmirbank»da əhalinin əmanətləri 32% artıb
# 15 oktyabr 2012 13:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nin aktivlərinin həcmi 2012-ci il oktyabrın 1-nə 371,9 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,9 mln. manat və ya 7,2% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə müştərilərə verilən kreditlərin həcmi 34,7 mln. manat və ya 14% artaraq 284,9 mln. manatı ötüb.

Cari ilin oktyabrın 1-nə depozit portfelinin həcmi 147,7 mln. manat, o cümlədən əhalinin əmanətləri 25,9% artaraq 124,6 mln. manat təşkil edib.

Hesabat dövrünün sonuna bankın məcmu kapitalı 55,6 mln. manat, o cümlədən nizamnamə kapitalı 21 mln. manat olub.

Xatırladaq ki, «Dəmirbank» 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR