Sergey Lavrov: “Liviya təcrübəsini nəzərə alsaq, İrana qarşı da hərbi müdaxilə mümkündür”
24 oktyabr 2012 11:00 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “Rusiya BMT Təhlükəsizlik Şurasına İrana qarşı hərbi müdaxiləyə icazə verəcək qətnamənin qəbuluna imkan verməyəcək”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, Liviyada olduğu kimi İrana qarşı da hərbi addım atıla bilər: “Liviya təcrübəsini nəzərə alaraq demək olar ki, İrana qarşı da hərbi müdaxilə mümkündür. Bu baxımdan biz BMT Təhlükəsizlik Şurasında müzakirə ediləcək bütün qətnamələrə qarşı son dərəcə diqqətli olacağıq”.
S. Lavrov əlavə edib ki, İranın nüvə fəaliyyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında həyata keçirilir: “ Tehranın nüvə proqramından hərbi məqsədlər üçün istifadəsinə dair heç bir informasiya yoxdur. İran nüvə yanacağı əldə etmək üçün uranı 4.5 % zənginləşdirməklə məşğuldur”.

Asiya
İsrail polisi Əl-Cəzirə telekanalının ofislərində reyd keçirir
19:54
5 may 2024
İsrailin müdafiə naziri: "HAMAS Qəzza ilə bağlı danışıqlar aparmaq istəmir"
19:02
5 may 2024
İsrail Nazirlər Kabineti “Əl-Cəzirə” telekanalının bağlanması təklifini yekdilliklə təsdiqləyib
15:03
5 may 2024
İranda sel nəticəsində 23 əyalətin 5 mindən çox sakini zərər çəkib
14:12
5 may 2024