Təhsil Nazirliyinin binası qarşısında keçirilən aksiyada saxlanılanlardan 14 nəfər inzibati qaydada cəzalandırılıb

Təhsil Nazirliyinin binası qarşısında keçirilən aksiyada saxlanılanlardan 14 nəfər inzibati qaydada cəzalandırılıb
# 09 oktyabr 2012 14:54 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bir qrup dindarın oktyabrın 5-də Təhsil Nazirliyinin inzibati binası qarşısında keçirdiyi razılaşdırılmamış aksiya zamanı saxlanılan şəxslərdən 14 nəfər inzibati qaydada cəzalandırılıb. APA-nın məlumatına görə, Nərimanov rayon Məhkəməsinin qərarı ilə aksiyada saxlanılan - Elnur İsmayılov 10, Mirzəbala Rəşidov 5, İdrak Manafov 5, Rəşad Sultanov 10, Vüsal Cəfərov 10, Fərid Əliyev 10, Seymur Aslanov 5, Xəyal İbadov 12, Bəkir Süleymanov 10, Ramiz Manafov 10, İlkin Məhərrəmov 10, İdrak Seyfullayev 10, Vüqar Şıxəliyev 5, Əzim Süleymanov 10 sutka müddətinə inzibati qaydada cəzalandırılıblar.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov isə APA-ya açıqlamasında hüquq müdafiəçisi Elçin Şirinovla birlikdə Bakı şəhər Baş polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlanma Yerində monitorinq keçirdiklərini və həmin şəxslərlə ayrı-ayrılıqda görüşdüklərini deyib: “Onların saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur. Bir neçə nəfər aksiya zamanı polislə qarşıdurma yarandığını bildirdilər. Hazırda bu məsələ ilə bağlı 32 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib, 21 nəfər isə cərimə olunaraq sərbəst buraxılıb. Aksiya zamanı polis əməkdaşlarından da xəsarət alanlar var. Bütün bunlar istintaq tərəfindən araşdırılır”.

Qeyd edək ki, oktyabrın 5-də 200-dək şəxs Təhsil Nazirliyinin binası qarşısında toplaşaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşı polis əməkdaşları tərəfindən alınıb. Hazırda faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR