Azərbaycanın dövlət müstəqilliyinin 21-ci ildönümü münasibəti ilə «Yaşa, Azərbaycanım, yaşa!» adlı tədbir-sərgi təşkil olunacaq

Azərbaycanın dövlət müstəqilliyinin 21-ci ildönümü münasibəti ilə «Yaşa, Azərbaycanım, yaşa!» adlı tədbir-sərgi təşkil olunacaq
# 15 oktyabr 2012 13:28 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 21-ci ildönümünə həsr olunmuş «Yaşa, Azərbaycanım, yaşa!»adlı tədbir-sərgi təşkil olunacaq. Muzeydən APA-ya verilən məlumata görə, sərgidə Azərbaycan Dövlət Pedaqoji Universitetinin «Təsviri sənət, rəsm-xətt və onun tədrisi metodikası» kafedrasının müəllimi Səyyar Əliyevin 35 ədəd rəsm əsəri nümayiş olunacaq. Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və tələbə heyəti, rəssamlar, Prezident Qvardiyasının, Daxili Qoşunların əsgərləri və digər qonaqlar iştirak edəcəklər.

Oktyabrın 16-da keçiriləcək sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR