İran beynəlxalq agentliyi neytrallığını qorumağa çağırıb

İran beynəlxalq agentliyi neytrallığını qorumağa çağırıb
# 06 noyabr 2012 11:10 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Beynəlxalq Atom Enerjisi Agentliyi neytrallığını qorumağa çalışmalıdır”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai BMT Baş Assambleyasının 67-ci sessiyası çərçivəsində çıxışı zamanı deyib. Beynəlxalq agentliyin icraçı direktoru Yukio Amanonun illik hesabatında İranın mübahisəli nüvə proqramı ilə bağlı qeyd olunan məqamlara münasibət bildirən M. Xəzai qeyd edib ki, İran bəzi ölkələrin agentliyin fəaliyyətini siyasiləşdirməsinə qarşıdır.

İsrailin bu günə qədər nüvə silahlarının yayılmaması haqqında Müqaviləyə qoşulmadığını xatırladan M. Xəzai vurğulayıb ki, Tel-Əvivin nüvə silahına sahib olmasına etinasız yanaşan Qərb ölkələri, xüsusilə ABŞ, Böyük Britaniya və Fransa İrana qarşı ikili standart siyasəti yürüdür. İran diplomatı ölkəsinin nüvə fəaliyyətinin sülh məqsədli olduğunu deyərək Tehranın üzərinə götürdüyü bütün beynəlxalq hüquqi öhdəliklərə bağlı olduğunu bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR