Azərbaycanda əcnəbilər haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün 23 günə elektron qaydada iş icazəsi alacaqlar

Azərbaycanda əcnəbilər haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün 23 günə elektron qaydada iş icazəsi alacaqlar
# 02 oktyabr 2015 11:36 (UTC +04:00)

APA-nın məlumatına görə, bu aydan qüvvəyə minən reqlamentə əsasən, Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim edilən elektron xidmət əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması üçün müraciətin və sənədlərin qəbul edilməsi, baxılması və baxılmanın nəticəsindən asılı olaraq əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin verilməsi və ya iş icazəsinin verilməsindən imtina edilməsini əhatə edir.

Elektron xidmətin digər icraçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. “Dövlət rüsumu haqqında” qanuna əsasən, Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə görə 3 ayadək 350 manat, 6 ayadək 600 manat, 1 ilədək 1000 manat məbləğində dövlət rüsumu müəyyən edilib. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə və ya iş icazəsi itirildikdə, belə icazənin yenidən rəsmiləşdirilməsi üçün dövlət rüsumu ödənilmir. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin eyni işəgötürənin yanında başqa işə keçirilməsi ilə bağlı yeni iş icazəsi verildikdə, dövlət rüsumu ödənilmir.

Elektron xidmət http://az.e.migration.gov.az/%C6%8Fcn%C9%99binin+Az%C9%99rbaycan+Respublikas%C4%B1+%C9%99razisind%C9%99+haqq%C4%B1+%C3%B6d%C9%99nil%C9%99n+%C9%99m%C9%99k+f%C9%99aliyy%C9%99tini+h%C9%99yata+ke%C3%A7irm%C9%99si+%C3%BC%C3%A7%C3%BCn+f%C9%99rdi+icaz%C9%99nin+al%C4%B1nmas%C4%B1/s/472 internet ünvanında təqdim olunur. İş icazəsinin alınması Azərbaycan Respublikasının ərazisində başqa əsaslarla olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində qalmasına hüquq verən müvafiq sənədin seriya və nömrəsi, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin pasportunun və ya digər sərhədkeçmə sənədinin surəti, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti, nəzərdə tutulan iş yeri üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin cəlb edilməsi zəruriliyini əsaslandıran arayışın (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində onların əsas təhsili, əlavə təhsili, spesifik təlimi, xarici dil biliyi, iş təcrübəsi, xüsusi peşə vərdişləri və.s məlumatlar daxil olmaqla) surətləri elektron formada təqdim edilməlidir.

İşəgötürənə gəlincə, işəgötürən hüquqi şəxs olduqda – onun nizamnaməsinin və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətləri, fiziki şəxs olduqda – fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və fiziki şəxsə verilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətləri və “Təhlükəli yoluxucu xəstəliklərin siyahısı”nda nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayışın surətini elektron formada təqdim etməlidir. Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsi işəgötürənə təqdim edildiyi zaman verilir. İstifadəçi tərəfindən təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbi barədə istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir. Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması üçün Xidmətin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur. İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentə uyğun olduqda sorğu qəbul olunur.

Sorğu qəbul edildikdən sonra Xidmətin dərhal qeydiyyata alınır və aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 gün müddətində aradan qaldırılması barədə istifadəçinin elektron poçtuna bildiriş göndərilir. İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir. Sənədlər haqqında məlumatlar rəy verilməsi üçün elektron formada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daxil olmuş məlumatlara 5 iş günü müddətində baxaraq, işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olub-olmaması ilə bağlı rəy verir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5 iş günü ərzində rəy bildirməməsi iş icazəsinin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir. İş icazəsinin verilməsi ilə bağlı müraciəti müsbət həll edildikdə iş icazəsinin verilməsi haqqında qərar qəbul edilir və iş icazəsi blankının hazırlanması üçün Xidmətin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin İcazə vəsiqələrinin təminatı şöbəsinə göndərilir.

Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsi ilə bağlı daxil olmuş müraciətlərə 20 iş günü ərzində baxılır. İş icazəsinin verilməsi haqqında qərar qəbul edildikdə, Xidmət 3 iş günü müddətində iş icazəsinin müəyyən olunmuş qaydada doldurulmasını və işəgötürənə təqdim olunmasını təmin edir. Beləliklə, elektron xidmət 23 iş günü müddətində icra edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR