Bank Respublika Yeni İl ərəfəsində “Alış-veriş marafonu” aksiyasına start verib

Bank Respublika Yeni İl ərəfəsində “Alış-veriş marafonu” aksiyasına start verib
# 19 dekabr 2014 11:08 (UTC +04:00)

Bakı-APA. Qarşıdan gələn Yeni il ərəfəsində, 20 dekabrdan – 31 yanvar tarixinədək, Bank Respublika ilə VISA ödəniş sistemi “Alış-veriş marafonuna” start verdilər! Bu aksiyanın əsas mükafatı Mitsubishi Attrage avtomobilidir! Kampaniyanın şərtlərinə əsasən, qalib olmaq üçün aksiya müddəti ərzində daha çox alış (tranzaksiyaların sayına görə) etmək tələb olunur.

Aksiyanın iştirakçısı olmaq üçün müştəri qeyd olunan müddətdə sahibi olduğu Bank Respublika-nın VISA kartı ilə ən azı 20 AZN dəyərində bir alış (ödəniş) etməlidir. Marafonda POS terminal vasitəsilə istər Azərbaycanda istər xaricdə aparılan bütün alış əməliyyatları iştirak edir.

Əsas mükafatdan başqa, ilk beşlikdə qərarlaşan qaliblərə aparıcı dünya brendinin son model smartfonu hədiyyə olunacaq.

Aksiyanın şərtləri ilə daha ətraflı Bankın veb-səhifəsində tanış olmaq olar.

Bank Respublika bütün vətəndaşlarımızı qarşıdan gələn Yeni İl münasibətilə təbrik edir və Yeni İl marafonunda uğurlar arzulayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR