Rusiyada azərbaycanlıdan 14 kq narkotik və silah götürülüb

Rusiyada azərbaycanlıdan 14 kq narkotik və silah götürülüb
# 07 oktyabr 2015 06:40 (UTC +04:00)

APA-nın “İnterfax Rossiya”ya istinadən verdiyi məlumata görə, Rusiyanın ərazi üzrə Narkotiklərin Dövriyyəsinə Nəzarət İdarəsinin əməkdaşları tərəfindən 42 yaşlı işsiz azərbaycanlıdan ümumilikdə 14 kq narkotik vasitə götürülüb. “O, Rusiya ərazisində kimliyini müəyyənləşdirəcək hər hansı sənəd olmadan yaşayır. Axtarış zamanı onun üzərindən tapança, güllələr və ov silahı aşkar edilib” - deyə idarənin mətbuat xidmətindən bildirilib.

Hazırda həmin şəxs barəsində narkotik vasitələrin satışı və qanunsuz silah saxlama maddələri ilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR