Ermənistanın milli aviadaşıyıcısının rəhbəri şirkətin müflis olması ilə bağlı məhkəməyə müraciət edib

Ermənistanın milli aviadaşıyıcısının rəhbəri şirkətin müflis olması ilə bağlı məhkəməyə müraciət edib
# 14 noyabr 2014 08:32 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Ermənistanın yeganə aviadaşıyıcısı “Armavia” müflis olub.

APA-Economics”in Ermənistanın “Joxovurd” qəzetinə istinadən verdiyi məlumata görə, bu haqda İrəvanın müvafiq məhkəməsinin hakimi Lilit Katvalyan açıqlama verib.

Kreditorların ilk iclasın dekabrın 16 -na təyin edilib. Ermənistanın vaxtilə mövcud olan milli aviadaşıyıcısının müflis olmasının təsdiqlənməsi tələbi ilə məhkəməyə “Mika Limited” şirkəti müraciət edib.

Xatırladaq ki, “Armavia” və “Mika Limited” şirkətlərinin sahibi Mixail Baqdasarovdur. Hakim L. Katvalyanın “Armavia” şirkətinin müflis olmasının təsdiq edilməsinə dair qərarına əsasən, aviaşirkətin “Mika Limited” şirkətinə borcu 38 mln. 378 min dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR