İsrail hərbçiləri 19 yaşlı fələstinlini öldürüblər

İsrail hərbçiləri 19 yaşlı fələstinlini öldürüblər
# 24 fevral 2015 08:56 (UTC +04:00)

Bakı – APA. İordan çayının qərb sahilində İsrail hərbçiləri 19 yaşlı fələstinlini güllələyiblər.

APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, hadisə Vifleyem yaxınlığında yerləşən qaçqın düşərgəsində baş verib.

İsrail ordusunun nümayəndəsi bildirib ki, fələstinlilər israilli əsgərlərə daş və yandırıcı maddə ilə dolu şüşələr atmağa başlayıblar. Buna cavab olaraq hərbçilər atəş açıblar. Nəticədə FƏTH hərəkatının fəalı Cihad Əl-Cəfəri öldürülüb.

Həmçinin bir nəfər israilli hərbçinin yaralandığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR