Brüsselin mərkəzində bir neçə partlayış qeydə alınıb

Brüsselin mərkəzində bir neçə partlayış qeydə alınıb
# 14 iyul 2016 08:47 (UTC +04:00)

Bakı. Türbət Bağırov-APA. Bu gecə Belçikanın paytaxtı Brüsseldə partlayışlar baş verib, nəticədə bir neçə avtomobil yararsız hala düşüb.

APA-nın “dailymail.co.uk” saytına istinadən verdiyi xəbərə görə, paytaxtda mərkəzi yolların bir neçəsi bağlanıb.

İlkin məlumatlarda 3 partlayışın qeydə alındığı bildirilir. Partlayışdan sonra yanğın olub. Yanğınsöndürmə briqadaları qısa vaxtda yanğınları söndürüb. Hadisə ilə bağlı araşdırmalara başlanıb.Partlayışın baş vermə səbəbi hələlik məlum deyil. Yerli sakinlər növbəti terror hücumu ehtimalından narahatdırlar. Belçika hüquq-mühafizə orqanları isə terror ehtimalının olmadığını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR