Gəncədə çoxsaylı oğurluq hadisəsi törətmiş mütəşəkkil dəstə zərərsizləşdirilib

Gəncədə çoxsaylı oğurluq hadisəsi törətmiş mütəşəkkil dəstə zərərsizləşdirilib
# 11 iyul 2016 17:59 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhərində və ətraf rayonlarda fərdi yaşayış evlərində çoxlu sayda oğurluq hadisəsi törətmiş 6 nəfərdən ibarət mütəşəkkil dəstə müəyyən edilərək zərərsizləşdirilib.

APA-nın Qərb bürosunun verdiyi xəbərə görə, bunlar Gəncə şəhər sakinləri Şahmar Süleymanov, Xaləddin İsmayılov, Asim Məmmədov, Hünər Rüstəmov, Bəxtiyar Hacızadə və Elvin Abbasovdur.

Onların ətrafında keçirilən əməliyyat tədbirləri zamanı oğurlanmış maddi sübutlar - 5 ədəd iri ölçülü plazma televizor, kombi istilik cihazları və xeyli sayda digər məişət əşyaları götürülüb.

Həmin şəxslərin digər cinayətlərdə iştirakı yoxlanılır.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR